Azərbaycanın U-17 yığması UEFA İnkişaf Turnirində iştirak edəcək
Bakı, 8 aprel, AZƏRTAC
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir aprelin 13-dən 20-dək təşkil olunacaq. U-17 Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.
Milli komanda turnirə hazırlıq məqsədilə aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinə 22 futbolçu cəlb olunub.
UEFA İnkişaf Turnirindəki oyunların təqvimi
14 aprel
15:30. Moldova – Azərbaycan
“Zimbru” stadionu
16 aprel
12:00. Azərbaycan – Gürcüstan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
19 aprel
12:00. Estoniya – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
Qeyd edək ki, matçların başlama saatı Bakı vaxtı ilə göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]