Azərbaycanın yunan-Roma güləşçisi reytinq turnirində bürünc medal qazanıb
Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycanın daha üç yunan-Roma güləşçisi Xorvatiyada keçirilən reytinq turnirində çıxışlarını başa vurub.
AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov bürünc medal uğrunda misirli Mustafa Alameldini 5:1 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarışa 1/4 finaldan start verən Murad Məmmədov (63 kiloqram) fransalı Stefan Klementə qalib gəlib - 6:4. Ancaq bu görüşdə qolundan zədələndiyi üçün turnirdə çıxışını başa vurub.
Qadınların mübarizəsində 57 kiloqramda Jalə Əliyeva 1/8 finalda çinli Kexin Honqa uduzub - 9:20. Təsəlliverici görüşdə ukraynalı Solomiya Vinniki “tuş”la üstələyən Əliyeva bürünc medal uğrunda qarşılaşmada moldovalı Anastasiya Nikitayla bacarmayıb - 4:14.
Qeyd edək ki, Azərbaycan güləşçiləri bundan əvvəl reytinq turnirində beş medal qazanıblar. Yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Sərbəst güləşçilər Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram), eləcə də qadın güləşçi Alyona Kolesnik (59 kiloqram) bürünc medala sahib çıxıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]