Azərbaycanla BMT əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlı müzakirələr aparıb
Bakı, 16 iyun, AZƏRTAC
2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin iclasında BMT-nin Ölkə üzrə İdarə Heyəti (United Nations in Azerbaijan) ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, sənədin icrası dayanıqlı sosial-iqtisadi inkişafa, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə töhfə verəcək.