Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı alim Kanadadakı Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb

Bakı, 28 iyun, AZƏRTAC

Dünyaşöhrətli azərbaycanlı alim, Münxendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı, Əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadanın riyaziyyat elmləri sahəsində araşdırmalar aparan Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fields İnstitutunun direktoru professor Kumar Murtinin bununla bağlı azərbaycanlı alimə ünvanladığı məktubda onun tədqiqatlarla bağlı nailiyyətlərinin və riyaziyyatçılar cəmiyyətinə xidmətinin cəmiyyət və ümumiyyətlə bütün riyaziyyatçı alimlər üçün nümunə olduğu vurğulanıb.

Fields İnstitutu “Fields İnstitute Fellows” adlandırılan ömürlük mükafatı 2002-ci ildə - 10 illik yubileyi münasibətilə təsis edib. 2002-ci ildən etibarən hər il bu ömürlük mükafatlar Fields İnstitutuna və Kanadanın riyaziyyatçılar birliyinə böyük töhfələr verən görkəmli tədqiqatçı alimlərə verilir.

Seçim komitəsi yeni mükafatçıların adlarını hər il Fields İnstitutunun iyunda keçirilən illik ümumi toplantısında elan edir. Azərbaycanda səfərdə olduğu üçün Məsud Əfəndiyev builki toplantıya onlayn formatda qatılıb.

Qeyd edək ki, azərbaycanlı elm xadimi dünyada “Dean`s Distinguished Professor” (Dekanın görkəmli professoru) statusunu daşıyan azsaylı riyaziyyatçı alimlərdən biridir. ABŞ və Kanadada bu statusu bir qayda olaraq Nobel mükafatı laureatları və öz sahələrində fundamental elmi nəticələr əldə etmiş dünya şöhrətli alimlər daşıyırlar.

Məsud Əfəndiyev 2018-ci ildə Toronto Universitetinin və Fields İnstitutunun dəvəti ilə 2018-ci ildə “Deans Distinguished Visiting Professor” statusunda bir semestr boyu Riyaziyyat fakültəsində riyazi biologiya üzrə mühazirələr oxuyub. Həmin müddət ərzində Toronto Universitetinin və Fields İnstitutunun “Thematic Program on Emerging Challenges in Mathematical Biology” birgə layihəsinə başçılıq edib. Bu ali məktəblər və elmi mərkəzlər adətən “Deans Distinguished Visiting Professor” statusunda olan Nobel və Fields mükafatı laureatlarını mühazirələr oxumağa dəvət edir.

O, 1990-cı ildə dünyada məşhur Aleksandr fon Humboldt Fondunun təsis etdiyi Aleksandr fon Humboldt mükafatına layiq görülüb və bu mükafatı alan ilk azərbaycanlı alimdir. Bu mükafat yalnız 40 yaşına qədər olan xarici alimlərə verilir.

Bundan başqa, Məsud Əfəndiyev 2015-ci ildə Aleksandr fon Humboldt Fondunun Almaniya universitetlərində və elmi mərkəzlərində daimi əsaslar üzrə çalışan alimlər üçün nəzərdə tutulan “Təcrübəli Tədqiqatçılar üçün Humboldt Tədqiqat Təqaüdü” (Alexander von Humboldt Fellowship for Experienced Researchers) mükafatına layiq görülüb. Bu mükafat bir qayda olaraq 55 yaşından etibarən təcrübəli alimlərə təqdim edilir. Yeri gəlmişkən, 2021-ci ilin Almaniyadan olan Nobel mükafatı laueratı Benyamin List də vaxtilə bu mükafata layiq görülənlər arasındadır.

Hazırda Məsud Əfəndiyev Qərbdə riyazi biologiyanın banisi sayılan Ceyms D. Murreyin adını daşıyan “James D. Murray Distinguished Professor” statusundadır və hələlik dünyada bu qürurverici statusu daşıyan ilk alimdir. Bu status 2019-cu ildə dünyanın aparıcı universitetlərindən biri sayılan Kanadadakı Vaterloo Universitetində təsis olunub.

Məsud Əfəndiyev Mərmərə Universitetinin rektoru professor Erol Özvar (hazırda Ali Təhsil Şurasının (YÖK) prezidentidir) tərəfindən həmin ali məktəbə “Rector’s Distinguished Visiting Professor” statusunda dəvət olunmuş ilk və yeganə azərbaycanlı alimdir. O, Mərmərə Universitetinin müxtəlif fakültələrində istedadlı tələbələrə riyazi biologiya və riyazi tibb üzrə silsilə mühazirələr oxuyur.

Xatırladaq ki, 1991-ci ildən Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı 1953-cü il oktyabrın 21-də Zaqatala rayonunda anadan olub. O, 32 il Almaniyada daimi yaşamasına və professor kimi çalışmasına baxmayaraq, Azərbaycan vətəndaşı olaraq qalır.

Zaqataladakı Şıxəli Qurbanov adına orta məktəbi qızıl medalla bitirən ilk məzun olan Məsud Əfəndiyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsində iki il oxuduqdan sonra təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. Aspirantura və doktorantura pillələrində namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə edib.

1989-cu ildə birgə elmi tədqiqatlar aparmaq üçün ABŞ-ın Merilend Universiteti tərəfindən bu ölkəyə dəvət olunub. Humboldt mükafatına layiq görüləndən sonra elmi fəaliyyətini Almaniyada davam etdirib. İndiyədək Almaniyanın Münxen, Ştutqart, Berlin universitetlərində, eləcə də Yaponiya, Avropa, Kanada və ABŞ-ın əksər aparıcı universitetlərində dərs deyib.

On aparıcı beynəlxalq jurnalın redaksiya şuralarının üzvü olmaqla bərabər, “International Journal of Biomathematics and Biostatistics” jurnalının baş redaktorudur. Yaponiya, Almaniya, ABŞ və İsveçrədə ingilis dilində çap olunmuş 8 kitabın müəllifidir.

Alimin 2023-cü ildə işıq üzü görmüş kitabı müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib. Bu kitab dünyanın ən mötəbər nəşriyyatlarından olan “Springer” nəşriyyatında ingilis dilində çap edilib. Nəşr Məsud Əfəndiyevin müəllifliyi ilə “Springer” nəşriyyatında fundamental elmlər sahəsində Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş ilk və yeganə kitab kimi tarixə düşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 21 aprel tarixli Sərəncamı ilə Məsud Əfəndiyev elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar

Dövlət Xidmətinin rəisi Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Altıncı “Yüksəliş” müsabiqəsinin analitik təhlil imtahanının nəticələri açıqlanıb

BTQ-nin modernləşdirilməsi: Logistika səmərəliliyi və strateji perspektivlər

MEDİA: CNN-in Azərbaycanla bağlı iddiaları kobud informasiya manipulyasiyasıdır

Elşad Ağayev: Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır

Türk ekspert: Ankara və Bakının qlobal nəqliyyatda əhəmiyyəti durmadan artacaq

Məcburi köçkünlərin mülkiyyət hüquqlarına dair qanun layihəsi yeni reallığın təzahürüdür - Ekspert

Süni intellektin hazırladığı ilk peyvənd gələcək pandemiyaların qarşısını ala bilər

Serbiyalı nazir: Təbiətin gücündən ilham almaqla çağırışları fürsətlərə çevirə bilərik

Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır

Gülşən Paşayeva: Azərbaycanın strategiyasının iqtisadi mahiyyəti nəqliyyat dəhlizlərinin inteqrasiyasıdır

Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO

Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO

Ekspert: Süni intellekt və robot texnologiyaları üzrə ayrıca qanunlara ehtiyac var

Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib

®  “Baku Steel Company” QSC Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor statusunda iştirak edib VİDEO

® “Baku Steel Company” QSC Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor statusunda iştirak edib VİDEO

UN-Habitat-ın icraçı direktoru: Şəhərlərimiz təbii sistemlərlə ahəngdar şəkildə inkişaf etməlidir

“İşıqlı planetin sakinləri”: Xeyirxahlıq və Mədəniyyət Festivalı çərçivəsində sərgi

Admiral Riçard Nayton: Böyük Britaniya “Soyuq müharibə”dən bəri ən təhlükəli dövrdən keçir

Gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub

Cari ildə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində 2700-dən çox əməkdaş üçün təlimlər təşkil olunub

XİN Azov dənizində Azərbaycan vətəndaşlarının olduğu gəmilərə hücumla bağlı açıqlama yayıb

MOK-un vitse-prezidenti: Təhlükəsiz idmanla bağlı heç bir məsələ gizli qalmayacaq

BMT-nin nümayəndəsi: Ölkələr öhdəlikləri konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır

Zaqatalanın zəngin cüdo irsi və Olimpiya çempionlarının yetişdiyi "uğurlu zal" - REPORTAJ

® “Azercell” və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar

Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir

Murat Kurum: COP31 Sədrliyi olaraq COP29-da irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsinə nəzarət edəcəyik

Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar

Saymon Stil: Azərbaycanın davam edən liderliyini yüksək qiymətləndirirəm

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi işıq üzü görüb

Fransa Senatı ordu üçün nəzərdə tutulan əlavə 36 milyard avroluq büdcəni ləğv edib

İyirmi dörd federasiyanın nümayəndələri təhlükəsiz idman proqramına cəlb olunublar

ƏƏSMN-in tabeliyindəki qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqənin imtahan mərhələsi təşkil olunub

Səyyar "ASAN xidmət"in növbəti ünvanı Tbilisidir

Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb

Qərbi Azərbaycanın etnoqrafik mühiti və qızılbaş inancının folklora təsiri

Mali hökuməti “Əl-Qaidə”nin Sahel bölgəsindəki liderinin tutulmasına görə mükafat vəd edib

Sabah gündüz dağlıq və dağətəyi rayonlardan başlayaraq bəzi yerlərdə hava arabir yağıntılı olacaq

Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir

COP30-un Prezidenti: Məqsədimiz real nəticələrin əldə olunmasına doğru irəliləməkdir

BMT-nin Baş katibi: Dünyamızın sağlamlığı təhlükə altındadır və aclıq problemi daha da dərinləşir

Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub

“Bir uşağın sabahına işıq ol!” - XXII Ənənəvi Xeyriyyə Sərgisi

Rəhman Mustafayev: Azərbaycan real addımlarla regional əməkdaşlığa sadiqliyini nümayiş etdirir

Mixail Qaluzin Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafı üçün sərhədlərin açılmasının zəruriliyini bəyan edib

İnger Andersen: Dünyanın bütün ölkələri çoxsaylı iqlim çağırışları ilə üz-üzədir

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda II yerə layiq görülüblər

Prezidentin Naxçıvan MR-də səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

Nazir: Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir

UNEP-in icraçı direktoru: Azərbaycan iqlim fəaliyyəti sahəsində mühüm və strateji rol oynamaqda davam edir

Gələcəyin əmək bazarına hazırlıq: “4Sİ Akademiyası - Milli Proqram” daha bir il uzadılır

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri “Tağıyev: Neft” bədii filminin nümayişi ilə başlayıb

Çingiz Hüseynzadə: Hər bir federasiyada təhlükəsiz idman üzrə ixtisaslaşmış məsul şəxs olmalıdır

Prokuror: Əmək müqaviləsinin bağlanması yalnız kağız üzərində sənədi imzalamaqla məhdudlaşmır

Yasamal Rayon Prokurorluğunda “Açıq qapı” günü və əmək hüquqlarına dair seminar təşkil olunub

Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

Bəzi qanunlara təklif edilən dəyişikliklər müzakirə olunur

Rəşad İsmayılov: Son 20 ildə Bakıda 100-dən çox park və yaşıllıq zonası salınıb

Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır

2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət

Bu saata olan əsas xəbərlər

Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO

Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb

BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır

® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı

Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: Suriya 34 qutu sənəd təqdim edib

Təbii fəlakətlər aqrar sığortaya müraciətləri kəskin artırdı: 35 rayondan 3500-dən çox müraciət daxil olub VİDEO

Təbii fəlakətlər aqrar sığortaya müraciətləri kəskin artırdı: 35 rayondan 3500-dən çox müraciət daxil olub VİDEO

Hesablama Palatasının iclasında kənar dövlət maliyyə nəzarəti tədbirlərinin başlanılması ilə bağlı proqramlar təsdiqlənib

Naxçıvanda IV siniflər üzrə monitorinqdə 4300-dən çox şagird iştirak edir - FOTOLAR

Dünya Bankı: Mayda “Brent”in orta qiyməti 107,5 dollar, “Light”ın isə 99,1 dollar olub

Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb

UNEP: Azərbaycanda zubr və ceyran populyasiyalarının bərpası davam etdirilir

Azərbaycan-Almaniya Biznes Şurası yaradılacaq

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu müəyyən edilib

Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 16 faizdən çox artıb

“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının cari statusu nəzərdən keçirilib

Hakan Fidan: Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir

Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib

Fransa tərəfindən saxlanılan Rusiyanın “Tagor” tankerinin kapitanı sərbəst buraxılıb

Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında yeni imkanlar və perspektivlər yaradır ŞƏRH

BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir

Bu ilin beş ayında dövlət büdcəsindən vətəndaşlara 122 milyon manat geri qaytarılıb

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

Son 5 ayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınan elektron arayışların sayı açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb

Qızıl həftəni itkilərlə başa vurur

® “AccessBank” müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” keçiriləcək

Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb

XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib