Azərbaycanlı iş adamları Gürcüstandakı StopCov fonduna yardım ediblər
Tbilisi, 26 mart, AZƏRTAC
Gürcüstanda koronavirusla mübarizə üçün yaradılan StopCoV fonduna ianə toplanışı davam edir. Artıq fonda 9 milyon lari (3 milyon dollara yaxın) vəsait toplanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Biznes Ombudsmanı Aparatı məlumat yayıb.
Fonda böyük məbləğdə ianələri iri şirkətlər edib.
Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyinin üzvləri və ayrı-ayrı iş adamları da fonda yardım keçiriblər.
Gürcüstan Prezidenti Salome Zurabaşvili 30 min lari pul köçürüb.
Qeyd edək ki, StopCoV fondu martın 24-də yaradılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]