Azərbaycanlı mütəxəssislər beynəlxalq konfransda Xəzər dənizinin aktual problemləri haqqında məruzə edəcəklər
Bakı, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 19-dan 21-dək Rusiyanın Həştərxan vilayətində Xəzərətrafı ölkələrin hidrometeorologiya və çirklənməsinin monitorinqi üzrə Koordinasiya Komitəsinin 15-ci sessiyası keçiriləcəkdir.
Sessiyada Kaspas proqramı üzrə Xəzərətrafı ölkələrin birgə layihə və tədbirlərinin həyata keçirilməsi, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaqdır.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ramiz Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Rza Mahmudov təmsil edəcəklər.
Azərbaycanlı mütəxəssislər, eyni zamanda, sessiya ərəfəsində keçiriləcək “İqlim dəyişmələri və Xəzər hövzəsinin su balansı” adlı beynəlxalq konfransin da iştirakçısı olacaqlar. Konfransda müasir iqlim dəyişmələri və onun Xəzərin hidrometeoroloji şəraitinə təsiri məsələlərinə baxılacaqdır.
Azərbaycan təmsilçiləri öz məruzələrində Xəzər dənizinin aktual problemlərinə toxunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]