Azərbaycanlı rejissor beynəlxalq film festivalının münsiflər heyətinə dəvət alıb
Bakı, 15 iyun, AZƏRTAC
Azərbaycanlı prodüser, rejissor Fariz Əhmədov Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” Film Festivalının münsiflər heyətinə dəvət edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı festivalın rəsmi saytında məlumat yerləşdirilib.
Münsiflər heyətinin sədri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Anatoli Vasilyevdir.
Müsabiqədə 12 ölkədən 8 film iştirak edəcək.
Festivalın açılışı iyunun 30-da Andrey Tarkovski haqqında sənədli filmlə reallaşacaq. Bağlanış filmi isə Kann Film Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” filmi olacaq.