AZƏRBAYCANLI TƏLƏBƏNİN HÜQUQLARI BƏRPA EDİLMİŞDİR
Bundan əlavə, universitetin tələbə yataqxanasında yaşayan Z.Həsənova burada da ciddi problemlərlə qarşılaşmışdı. Belə ki, yataqxananın milliyyətcə erməni olan komendantı hər dəfə müxtəlif bəhanələrlə azərbaycanlı tələbədən yaşadığı otağı dəyişməyi tələb etmişdi.
Təhsilini yarımçıq qoymaq həddində olan Z.Həsənovanın valideynləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin müraciəti əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) rəhbərliyi bu məsələyə qarışmışdır. ÜAK-ın Stavropol regional təşkilatının sədri Fəxrəddin Yarıyevin universitet rəhbərliyi ilə apardığı danışıqlardan sonra Z.Həsənovanın problemləri öz həllini tapmışdır.
Bundan əlavə, azərbaycanlı tələbə öz xahişi ilə dövlət idarəçiliyi fakültəsinə dəyişdirilmişdir. Universitet rəhbərliyi Z.Həsənovanı diqqətdə saxlayacağını və ona qarşı təzyiq göstərən şəxslərin cəzalandırılacağını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]