“AZERCELL” 6 AYIN NƏTİCƏLƏRİNƏ DAİR MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Müəssisənin baş müdiri A.Halim Ateş məlumat verərək demişdir ki, “Azercell” Azərbaycanın mobil rabitə bazarının 76 faizinə nəzarət edir və hazırda müəssisənin 2 milyon abonenti vardır. Ötən altı ayda müəssisə Azərbaycanda rabitənin inkişaf etdirilməsinə 90 milyon 410 min ABŞ dolları, ölkədə fəaliyyət göstərdiyi 9,5 il ərzində isə 495 milyon 108 min 929 ABŞ dolları məbləğində vəsait sərf etmişdir. İlin birinci yarısında “Azercell Telekom” dövlətə 40 milyon 548 min 727 ABŞ dolları məbləğində vergi ödəmişdir. 9,5 il ərzində isə bu rəqəm 270 milyon 708 min 319 ABŞ dolları təşkil edir. Yarım ildə “Azercell Telekom” BM tariflərin endirilməsi istiqamətində də mühüm işlər görmüş, operator ən müasir xidmətlər tətbiq etmişdir.
Sonda A.Halim Ateş jurnalistlərin suallarını cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]