AZERCELL UDUŞ KAMPANİYASININ NÖVBƏTİMƏRHƏLƏSİNƏ YEKUN VURMUŞDUR
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, uduşda bir həftə ərzində SMS və MMS göndərən Azercell fakturalı xətt, SimSim və GəncSim abonentlərinin nömrələri oynanılmışdır. Nəticədə 2 abonentin hər biri 10 milyon manat, 20 abonentin hər biri 2 milyon manat, 200 abonentin hər biri isə 200 min manat qazanmışdır. Bundan əlavə, MMS göndərən 3 abonentin də hər biri 3 milyon manatın sahibi olmuşdur.
Kampaniya ilin sonunadək davam edəcəkdir.