“Azəriqaz” “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müraciətlərin qəbuluna başlayıb
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-dan etibarən “Azəriqaz” İB Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində və 1 saylı “ASAN Kommunal” mərkəzində, hər birində 2 pəncərə olmaqla müştəri xidmətlərini bərpa edib.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu məkanlarda abonentlərin ilk növbədə qazsız qalmaması üçün ən zəruri xidmətlər (itirilmiş və ya zədələnmiş smart kartların bərpası, koda düşmüş kartların bərpası və sair) təqdim olunur. Bununla yanaşı Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət Sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri və Sumqayıt qaz istismar Sahəsində də eyni xidmətlər göstərilir. Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da (Nizami rayonu, Babək prospekti 21/24) abonentlər qəbul olunur, müraciətlərinə baxılır.
Martın 20-dən 28-dək qeyri-iş günlərində təkcə paytaxt üzrə ümumilikdə 1600-ə yaxın müraciətə baxılıb. Onların arasında itirilmiş və ya zədələnmiş smart kartların bərpası, koda düşmüş kartların bərpası ilə bağlı müraciətlər çoxluq təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]