“Azərsu” rəhbərliyinin mart ayı üçün nəzərdə tutulan qəbul günlərinin tarixi dəyişdirilib
Bakı, 13 mart, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin bu ay üçün nəzərdə tutulan qəbul günlərinin tarixi dəyişdirilib.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dəyişikliyə əsasən, “Azərsu” sədri Qorxmaz Hüseynov Horadiz şəhərində Füzuli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərini martın 31-də qəbul edəcək. ASC sədrinin birinci müavini Teyyub Cabbarovun Beyləqan və Xocavənd, sədr müavini Etibar Məmmədovun İmişli rayonunun sakinləri ilə görüşləri martın 30-da keçiriləcək.
Vətəndaşlar qəbul üçün Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və “[email protected]” elektron poçtu vasitəsilə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:02]
“Akasiya” qadın kooperativinin uğur hekayəsi
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [11:50]
Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat
- 15.10.2026 [11:06]
Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə
- 15.10.2026 [10:47]