AZƏRTAC 7145 saxlama vahidi fotosənədi Dövlət Kino–Foto Sənədləri Arxivinə təhvil verib
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC tərəfindən 7145 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib. 2019-cu ili əhatə edən sənədlər Azərbaycan Respublikası Prezidentinin rəsmi qəbullarını, görüşlərini, daxili və xarici səfərlərini, yerli və beynəlxalq KİV-nə müsahibələrini, dövlət və hökumət başçıları ilə rəsmi və işgüzar görüşlərini, yerli və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə, konfranslarda, sammitlərdə iştirakını və çıxışlarını, şəhid ailələri ilə görüşlərini, habelə yeni inşa olunmuş zavod, fabrik, elmi - tədqiqat müəssisələrinin, xəstəxanaların, məktəblərin, bağçaların açılışında iştirakını və s. əks etdirir.
Qəbul olunmuş sənədlərin içərisində 293 saxlama vahidi fotosənəd Vətən müharibəsi zamanı ali hakimiyyət orqanlarının fəaliyyətini, həmçinin müzəffər Ordumuzun qəhrəman zabit və əsgərlərinin düşmən ordusu üzərində qələbələrini əks etdirir.
Hazırda sözügedən sənədlərin qanunvericiliyin tələblərinə uyğun qeydiyyatı və arxiv fonduna qəbulu prosesi aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:42]
“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu
- 07.10.2026 [15:35]
Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb
- 07.10.2026 [15:31]