AzMİU: İmtahana gələ bilməyən tələbələr üçün şərait yaradılacaq
Bakı, 9 yanvar, AZƏRTAC
Qarlı hava şəraiti nəzərə alınaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində gecikən tələbələrin imtahanlarda iştirakı təmin olunur.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, bu barədə universitetin rəhbəri tərəfindən qərar qəbul edilib. Həmçinin kəskin hava şəraiti ilə əlaqədar imtahana gələ bilməyən tələbələr üçün şərait yaradılacaq. Onlar üçün həftəsonu imtahanlar keçiriləcək. Əvvəllər isə yarım saat gecikən tələbələr imtahanlara buraxılmırdılar.
Qeyd edək ki, yanvarın 5-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bakalavr və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin payız semestrının imtahan sessiyası başlayıb. İmtahanlarda bakalavr səviyyəsi üzrə 7658, magistratura səviyyəsi üzrə isə 990 tələbə iştirak edir.
Bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər. İmtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]