“BABƏK” BƏDİİ FİLMİNİN EKRANLARA ÇIXMASININ 25 İLLİYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Nizami” kinoteatrında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan ikiseriyalı “Babək” bədii filminin ekranlara çıxmasının 25 illiyi qeyd edilmişdir.
Mədəniyyət naziri Polad Bülbüloğlu tədbiri açaraq, yubiley münasibətilə filmin yaradıcı qrupunu təbrik etdi, onlara yeni uğurlar arzuladı. O dedi: “Mən bu filmə musiqi yazanda heç güman etməzdim ki, vaxt gələcək nazir kimi onun 25 illiyində çıxış edəcəyəm”.
“Babək” filminin ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və himayədarlığı ilə çəkildiyini xatırladan nazir onun təkcə ölkəmizdə deyil, bütün keçmiş sovet məkanında geniş şöhrət qazandığını vurğuladı.
Xalq artistləri - filmin quruluşçu rejissoru Eldar Quliyev, baş rolların ifaçıları Amalya Pənahova, Rasim Balayev və başqaları çıxış edərək çəkiliş prosesindən, yaddaqalan hadisələrdən söz açdılar.
Sonra filmdən kadrlar nümayiş etdirildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:51]
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır
- 05.10.2026 [16:46]
Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır
- 05.10.2026 [15:43]
Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir
- 05.10.2026 [15:07]