Badminton üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 8-də badminton üzrə Azərbaycan çempionatına start veriləcək.
Azərbaycan Badminton Federasiyasından (ABF) AZƏRTAC-a bildiriblər ki, Texniki Universitetin İdman Sarayının əsas zalında keçiriləcək çempionatda qaliblər 5 kateqoriya üzrə müəyyənləşəcək.
ABF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış 4 gün davam edəcək. Noyabrın 11-də kişi və qadınların şəxsi və qoşa yarışlarında, eyni zamanda, qarışıq cütlərdə final qarşılaşmaları keçiriləcək. Kateqoriyalar üzrə ilk 3 yeri tutmuş badmintonçular Gənclər və İdman Nazirliyi və ABF tərəfindən diplom və medallarla təltif olunacaqlar.
Turnirin keçirilməsində məqsəd badmintonun respublikanın şəhər və rayonlarında inkişafına nail olmaq, perspektivli idmançıları aşkar etmək, milli komandanın tərkibini müəyyənləşdirməkdir.
Yarışlar hər gün saat 15:00-dan etibarən başlayacaq. Tamaşaçılar üçün giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]