BAKI KLUBUNUN İLK TOPLANTISINDA GÜRCÜ SİYASƏTÇİSİ ERMƏNİ SEPARATİZMİNİ PİSLƏMİŞDİR
Rövşən Mustafayev demişdir ki, klubun yaradılmasından məqsəd ayrı-ayrı ölkələrin ziyalılarını bir araya gətirmək və separatizmə qarşı birgə mübarizənin konsepsiyasının əsas prinsiplərini hazırlamaqdır. Amma bu diskussiyalara bölgədəki əsas separatçıların - ermənilərin nümayəndələrini dəvət etmək mümkün olmayacaqdır. Çünki artıq Ermənistanda normal ziyalı və siyasətçi qalmamışdır. Ermənilər bütün Qafqazı yoluxdura, bölgənin mənəvi immunitetini zədələyə biləcək virusa çevrilmişlər. Amma regionda mənəvi immunitetin güclənməsi əlaməti də vardır. Məsələn, gürcü ziyalıları və siyasətçiləri erməni xislətini getdikcə daha yaxşı dərk edirlər. Bu yaxınlarda Anzor Tatadzenin maraqlı bir kitabı çapdan çıxmışdır. Həmin kitabda illər, əsrlər boyu ermənilərin Gürcüstan torpaqlarını necə zəbt edib gürcülərin maddi və mənəvi hüquqlarını pozduğu göstərilir.
İlk toplantıda əsas müzakirə mövzusu “Separatizmsiz və separatçılarsız Qafqaz” olmuşdur. Bakı klubunun üzvü, Gürcüstan parlamentinin deputatı, “Biz özümüz” siyası hərəkatının lideri, hüquq elmləri doktoru Pata Davitaya separatçılarla bağlı fikirlərini çox sərt şəkildə bildirmişdir. Onun sözlərinə görə, bütün separatçı qurumlarla onların mahiyyətinə uyğun rəftar edilməlidir. “Bu, mütəşəkkil cinayətkarlığın yüksək inkişaf etmiş formasıdır. Ona görə də separatçılara qarşı mütəşəkkil cinayətkarlıqla mübarizə metodlarını tətbiq etmək lazımdır. İki gün əvvəl mənim partiyam Tbilisidə on min nəfərin iştirakı ilə mitinq keçirərək tələb etmişdir ki, Abxaziya, Osetiya və Qarabağ separatçıları dünya ədalət məhkəməsi tərəfindən layiq olduğu cəzaya çatdırılsınlar. Bu, əsas prinsip olmalıdır”,- deyə o vurğulamışdır.
Xatırladaq ki, ilk dəfədir Gürcüstan siyasətçisi erməni separatizmi, konkret olaraq Qarabağ münaqişəsi ilə bağlı belə kəskin mövqe bildirir. Professor Rövşən Mustafayevin vurğuladığı kimi səbəb aydındır. Ermənilərin yürütdüyü siyasi-ideoloji xətt həm artıq onların özlərini, həm region ölkələrini, həm də vasitəçiləri dalana dirəyib. Ona ğörə Bakı klubu bir növ antikrizis mərkəzi kimi fəaliyyət göstərəcəkdir. Klub intellektual elitaların imkanlarını birləşdirməklə Ermənistandan yayılan sosial-mənəvi virusların qarşısının alınmasına çalışacaqdır.