“Bakı Şəhər Halqası” şirkəti təmir işləri ilə bağlı açıqlama yayıb
Bakı, 10 fevral, AZƏRTAC
“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” şirkəti cari ilin iyununda keçiriləcək bu mötəbər idman hadisəsi ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin keçiriləcəyi mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, su borularının dəyişdirilməsi ilə əlaqədar olaraq fevralın 10-11-də İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq. Bu küçələr ilə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcəklər.
Yarışdan əvvəl salınacaq və “Formula-1” standartına cavab verəcək yollar daimidir, Qran-pridən sonra paytaxt sürücülərinin istifadəsində olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]