BAKI SLAVYAN UNİVERSİTETİNDƏ ALLA AXUNDOVANIN YARADICILIQ GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı Slavyan Universitetində şair-tərcüməçi Alla Axundovanın yaradıcılıq gecəsi keçirilmişdir.
Universitetin rektoru, professor Kamal Abdullayev şair və Azərbaycan ədəbiyyatının rus dilinə mahir tərcüməçisi A.Axundovanın yaradıcılığından söhbət açmış, onun “Otkrıtki s vidami” (Görüntülərlə açıqcalar) adlı seçilmiş əsərlərinə Anna Axmatovanın yazdığı “Ön söz”dən parçalar oxumuşdur.
Rejissor Cənnət Səlimova, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı və başqaları Azərbaycan-rus ədəbi əlaqələrinin genişlənməsində A.Axundovanın xidmətlərindən danışaraq, tərcüməçinin böyük sənətkarlıqla rus dilinə çevirdiyi “Kitabi-Dədə Qorqud” dastanının əhəmiyyətini xüsusi vurğulamışlar.
Sonra Alla xanım şerlərindən parçalar oxumuş, çoxsaylı suallara cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:51]
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır
- 05.10.2026 [16:46]
Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır
- 05.10.2026 [15:43]
Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir
- 05.10.2026 [15:07]