Bakı Şopinq Festivalından alış-veriş edin, ailənizin sevincinə sevinc qatın
Bakı, 26 may, AZƏRTAC
Bakı Şopinq Festivalı öz iştirakçılarına sərfəli, rəngarəng və bol hədiyyəli ailəvi alış-veriş imkanı yaradır. Belə ki, Şopinq Festivalında dünyanın bir çox brendləri tərəfindən qadın, kişi, uşaq geyimləri, ətirlər, elektron cihazlar və oyuncaqlar ən sərfəli qiymətlərlə təqdim edilir. Üstəlik, 100 AZN-dən çox alış-veriş etdiyiniz zaman “Tax-Free” xidmətindən yararlanaraq xərclədiyiniz məbləğin ƏDV-sinin bir qismini geri ala bilərsiniz.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, Bakı Şopinq Festivalının iştirakçıları, həm də həftəsonunu əyləncəli keçirmək şansı qazanacaqlar. 100 AZN-dən çox alış-veriş etdikdə siz şənbə və bazar günləri saat 13:00-dan 20:00-dək “Gənclik Mall”da “Uğur çarxı”, Park Bulvarda şopomaniya interaktiv oyununda xallar toplayaraq müxtəlif hədiyyələr əldə edə bilərsiniz.
Bundan başqa, Bakı Şopinq Festivalına qoşulmuş ƏDV ödəyicisi olan mağazalardan 100 AZN-dən çox, sadələşdirilmiş vergi ödəyicisi olan iştirakçılardan isə 50 AZN-lik alış-veriş etdikdə festivalın onlayn lotereyasında iştirak hüququ qazanırsınız. Lotereyada hər bir iştirakçının iki dəfə uduş əldə etmək şansı var. Festivalın rəsmi saytında yerləşən http://bakushopfest.com/lottery/index.php?p=etrafli/az lotereya səhifəsində qeydiyyatdan keçərkən ilk mərhələ aktivləşir və sizin hədiyyə qazanıb-qazanmadığınız məlum olur. Bu mərhələdə uduş əldə edib-etməməyinizdən asılı olmayaraq mayın 31-də keçiriləcək tirajlı lotereyada iştirak edəcəksiniz. Tirajlı lotereya zamanı baş sponsor “Nurgun Motors”dan “Nissan Sunny”, festivalın digər sponsorları - “Baku Electornics”, Bravo hipermarketi və Park Bulvardan soyuducu, paltaryuyan maşın, tozsoran, televizor və digər dəyərli hədiyyələr qazanmaq imkanı əldə edirsiniz.
Festivalın bitməsinə beş gün qaldı. Bakı Şopinq Festivalından alış-veriş edin, ailənizin sevincinə sevinc qatın.