BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİ TİKİNTİSİNƏ KREDİT AYRILMASINA DAİR 27 SAZİŞ İMZALANACAQ
Məlum olduğu kimi, Avropa Yenidənqurma və İnkişaf Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının hərəsi Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin həyata keçirilməsinə kredit şəklində 250 milyon dollar ayıracaqdır. Bu məbləğin 125 milyonu həmin maliyyə qurumlarının öz vəsaitindən ayrılacaq, qalan 125 milyonu isə sindikasiya edilmiş kredit şəklində cəlb olunacaqdır. AYİB və BMK Bakı-Tbilisi-Ceyhan layihəsi üçün kreditləri illik 4,5 faizlə 8 il müddətinə verəcəklər. Bundan əlavə, ABN AMRO, Citiqroup, Mizuho və Societe Generale-dən təşkil olunmş 15 beynəlxalq kommersiya bankından ibarət sindikat Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi layihəsini maliyyələşdirmək üçün 1,2 milyard dollar ayıracaqdır. Layihəyə cəlb edilən vəsaitlərin ümumi həcmi, kreditlər üzrə faizlər də daxil olmaqla, 2,6 milyard dollar təşkil edəcəkdir. Bakı-Tbilisi-Ceyhan boru kəməri tikintisinə, ümumən, 2,95 milyard dollar tələb olunacaqdır.