Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda elit turizmin payız marafonu

Bakı, 19 sentyabr, AZƏRTAC

“JW Marriott Absheron” otelində “Baku Travel Bazaar Autumn Edition” - turizm sahəsi peşəkarlarının ənənəvi payız görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin turizm sənayesinin aparıcı nümayəndələrinin iştirak etdikləri bu tədbir payız və qarşıdan gələn qış mövsümü üçün turizm sahəsindəki yeniliklərə və təkliflərə həsr olunub. Bu il B2B formatında keçirilən seminarda Azərbaycandakı həmkarları ilə sıx işləməyə maraq göstərən xeyli debütant iştirak edib.

Bakını görən hər kəs buraya yenə qayıtmaq istəyir

Turizm sahəsinin peşəkarları üçün vacib olan bu tədbir dörd ildir “Chance Travel Consulting” (Ukrayna) və “R&S Group” (Azərbaycan) şirkətləri tərəfindən təşkil edilir. Seminarın sponsoru olan “Türkiyə Hava Yolları” hazırda Azərbaycan vətəndaşlarının İstanbuldan tranzit olmaqla dünyanın müxtəlif ölkələrinə uçmasına yaxşı imkanlar yaradır. 

Bu il 35-dən çox otelin, mehmanxana şəbəkələrinin, qəbul edən turoperatorların, avtomobil kirayəsi və digər sahələr üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri öz xidmətlərini təklif etmək üçün Bakıya gəliblər. Görüşdə, həmçinin Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Mavriki, Seyşel adaları, Dominikan Respublikası və digər ölkələr təqdim edilib. Azərbaycanın 200-dən çox aparıcı turizm şirkətinin, habelə Gürcüstanın elit turizm sahəsində ixtisaslaşan əməkdaşları da görüşdə iştirak ediblər.

“Chance Travel Consulting” şirkətinin həmtəsisçisi İrina Vedeneyavanın sözlərinə görə, bu tədbirin keçirilməsində əsas məqsəd turizm sektorunda fəaliyyət göstərən peşəkarlar arasında təcrübə mübadiləsidir. “Gözəl Bakı şəhərinə gəlməyə həmişə şadıq. Şirkətimiz bu cür tədbirləri müxtəlif ölkələrdə - Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Baltikyanı ölkələrdə keçirir. Lakin Bakıdakı tədbir xüsusi hərarəti ilə həmişə fərqlənir. Çoxları buraya təkcə biznes üçün deyil, həm də azərbaycanlılar tərəfindən onlara göstərilən qonaqpərvərlikdən zövq almaq üçün gəlir. Hamısı Bakının füsunkar gözəlliyini, bu şəhərdə müasirliyin zəngin tarix və ənənələrlə bir araya gəldiyini qeyd edir. Turizm sahəsinin peşəkarı kimi deyə bilərəm ki, Bakı sürətlə inkişaf edir və dünyanın müxtəlif ölkələrindən getdikcə daha çox qonaqları cəlb edir. Demək olar ki, Bakını görən hər kəs buraya yenə qayıtmaq istəyir”, - deyə İrina Vedeneyeva bildirib.

Məzmunlu istirahət üçün hüdudsuz imkanlar

Qeyd etdiyimiz kimi, bu il tədbirdə daimi iştirakçılarla yanaşı, Azərbaycan bazarını özləri üçün kəşf etmək istəyən çoxlu yeni iştirakçılar da olub. Onların sırasında Sankt-Peterburqun 100 ildən çox tarixə malik “Astoria” oteli də var. 1912-ci ildə açılmış otel tezliklə şəhərin görməli yerlərindən birinə çevrilib və tanınmış adamlar arasında populyar olub. Rəqqasə Aysedora Dunkan, şair Sergey Yesenin həmin oteldə qalıblar, sovet dövründə “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” komediyasının müəyyən səhnələri orada çəkilib. 

“Hotel Astoria St. Petersburg”un satış və marketinq direktoru Yekaterina Andreyeva deyib: “Biz Azərbaycandan gələn turistlərin sayının ilbəil artdığını müşahidə edirik. Odur ki, bu tədbirdə iştirak etməyi qərara aldıq. Bizim şəbəkə dünyanın ən məşhur yerlərində fəaliyyət göstərən 11 oteldən ibarətdir. Sankt-Peterburqdakı otel öz tarixi, fəlsəfəsi və dizaynı ilə unikaldır. Biz Rusiya üçün Azərbaycan bazarının vacibliyini başa düşürük. Biz Sankt-Peterburqdakı Azərbaycan Konsulluğu ilə sıx əməkdaşlıq edirik və bu istiqamət gələcək inkişaf üçün prioritetimizdir. Azərbaycanlılar mədəni istirahəti, muzey və teatrlara getməyi sevirlər, Rusiyanın mədəniyyət paytaxtı Sankt-Peterburqda isə bu cür görməli yerlər çoxdur. Bununla belə mən təəccüblə aşkar etdim ki, azərbaycanlılar Sankt-Peterburqda məhz qış istirahəti ilə maraqlanırlar. Buna görə də sizin ölkəniz qış mövsümündə müvafiq istiqamətin inkişafı üçün bizə ideal tərəfdaşdır”.

İlboyu yay olduğu Əbu-Dabi əmirliyi də tədbirdə debütantla - “Emirates Palace” dəbdəbəli oteli ilə təqdim edilib. Onun inşası vaxtilə 3 milyard dollara başa gəlib. Adından da göründüyü kimi bu, şeyx Zayedin layihəsi əsasında milli üslubda tikilib və bütün dünyaya ərəb mədəniyyətini nümayiş etdirir. Otelin 85 hektar yaşıllıq ərazisi var. Mehmanxanada 394 nömrə var ki, bu da otaqların böyüklüyünə dəlalət edir. Otelin ticarət nümayəndəsi Lidiya Nepomnyaşayanın sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinə azərbaycanlı turistlər ənənəvi olaraq çox gəlir. Bu ölkə nisbətən yaxındır və məzmunlu istirahət üçün geniş imkanlar təklif edə bilər.

Azərbaycanlı turistləri maraqlandıra bilən digər ekzotik ölkə Hind okeanındakı Seyşel adalarıdır. Çimərlikləri, mərcan rifləri və qoruqları ilə məşhur olan Seyşel adaları Bakıda keçirilən “Travel Bazaar”da “7South” qəbuledən şirkət tərəfindən təqdim edilib. Şirkətin icraçı direktoru bildirir ki, Seyşel adaları həm epidemioloji, həm də seysmoloji baxımdan tam təhlükəsiz ölkədir. Bu, azərbaycanlı turistlərin ailəvi istirahət üçün unikal istiqamətdir. Şirkət otel bronlaşdırması, ekskursiya proqramları, dayvinq, Seyşeldə toy mərasimləri və s. imkanları təklif edir.

Müxtəlif ölkələrdə 50-dən çox oteli olan “Warwick Hotels and Resorts” (ABŞ) qlobal mehmanxana şəbəkəsini yaddan çıxarmaq olmaz. Bu mehmanxana şəbəkəsinin Rusiya və MDB ölkələri üzrə satış direktoru Darya Mironova deyib: “Azərbaycan bizim üçün olduqca maraqlıdır. Buradan bizim mehmanxanaların olduğu bir çox ölkələrə aviareyslər həyata keçirilir. Məsələn, bu günlərdə mən milli daşıyıcı AZAL-ın Cenevrəyə birbaşa uçuş açmaq planını eşitdim. Bu, bizim Cenevrədəki otelimizin də Azərbaycan bazarında irəliləməsinə imkan yaradar. Otellərimizin spesifik xüsusiyyəti ilə əlaqədar olaraq biz korporativ müştərilər və qruplarla əməkdaşlığa xüsusən maraq göstəririk”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir