Bakıda Litvanın turizm potensialına dair seminar-təqdimat keçirilmişdir
Bakı, 2 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, mayın 2-də Litvanın Azərbaycandakı səfirliyində bu ölkənin turizm potensialına dair seminar-təqdimat keçirilmişdir.
Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanas bildirmişdir ki,
turizm sahəsində biznesin inkişafı baxımından Azərbaycan-Litva münasibətləri böyük potensiala malikdir. Bugünkü tədbirin məqsədi ölkələrimiz arasında bu sahədə əlaqələri genişləndirməkdir.
Litvanın Turizm Departamentinin nümayəndəsi Raymonda Balnene tədbirdə iştirak edən Azərbaycanın turizm şirkətlərinin nümayəndələrinə Litvanın müxtəlif növ turizm imkanları barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, keçən il Litvanı 1,5 milyon xarici turist ziyarət etmişdir. Bunlar əsasən qonşu ölkələr - Rusiya, Belarus, Polşa və Almaniyadan gələnlərdir. Təəssüf ki, Litvaya gələn azərbaycanlı turistlərin sayı çox deyil. Ümid edirik ki, yaxın vaxtlarda onların sayı artacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]