BAKIDA SU SAYĞACLARININ QURAŞDIRILMASI GƏLƏN İL BAŞA ÇATACAQDIR
“Azərsu” Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, respublika hökumətinin tapşırığına əsasən, gələn ilin birinci yarısında Bakıda su sayğaclarının quraşdırılması başa çatdırılmalıdır. Hazırda paytaxtda 50 min abonent üçün su sayğacı quraşdırılmışdır. İlin sonunadək bu rəqəm 100 minə çatdırılacaqdır. Ötən 7 ayda istehlak olunan suyun dəyərinin 58,4 faizi ödənmişdir.