Bakıda Vladimir Mayakovskinin xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
Bakı, 24 iyul, AZƏRTAC
Bakıdakı Rus Evinin Poeziya Klubu çərçivəsində Vladimir Mayakovskinin xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə gənc şairlər Günatay Hüseynova, Fidan Nəzərova, Türkan Bayramzadə, Zarema Manafova, Renata və Vadim Aprelkov iştirak ediblər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Ləman Qulamova və gənc pianoçu Tağı Rzanın ifasında musiqi nömrələri səsləndirilib.