Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda yeni “Liatris Travel” turizm şirkəti qapılarını müştərilərin üzünə açıb

Bakı, 4 iyun, Pərvanə İmanova, AZƏRTAC

Bakıda yeni yaradılmış “Liatris Travel” turizm şirkətinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə şirkətin səyahət, sağlamlıq, istirahət, aviauçuşlar sahəsində təqdim etdiyi imkanlar, müxtəlif turpaketlər və digər xidmətlər barədə məlumat verilib. Həmçinin “Liatris Travel”in dünyanın müxtəlif ölkələrindəki turizm və səyahət şirkətləri ilə əməkdaşlığından bəhs edən videoçarxlar göstərilib.

Açılış mərasimində “Liatris Holding”in baş direktoru Ruhi Əliyeva bu qurumun tərkibinə daxil olan “Liatris Travel” şirkəti barədə məlumat verib. Bildirilib ki, peşəkar turizm agentlərinin çalışdıqları şirkət müştəri məmnuniyyətini, rahat və keyfiyyətli istirahəti, yüksək səviyyədə səyahətin təşkilini özünün başlıca prioriteti hesab edir. Xidmətlərə dünyanın istənilən ölkə və şəhərinə turların təşkili, məşhur müalicə ocaqlarının və sanatoriyaların bronlaşdırılması (tibbi tur), münasib, sərfəli qiymətlərə aviabiletlərin təşkili və digər xidmətlər daxildir. Bu işdə böyük komanda ilə çalışacaqlarını deyən R.Əliyeva turizm sahəsində peşəkar insanlarla görüşdüyünü və müxtəlif şirkətlərlə əməkdaşlıq etdiklərini vurğulayıb.

Bildirilib ki, qarşıda moda, zinət əşyaları və digər sahələrlə bağlı maraqlı layihələr var.

R.Əliyeva insanların xarici ölkələrdə rahat şəkildə dincəlmələri və səyahət etmələri üçün “Liatris Travel” tərəfindən təqdim olunan xidmətlərdən və yeniliklərdən söz açıb. Bildirilib ki, cəmiyyətin bütün təbəqəsindən olan insanların rahat, sərfəli, güzəştli şəkildə səyahət və istirahət etmələri üçün şirkət tərəfindən münasib qiymətlərə turpaketlər təqdim olunur. “Liatris Travel” vasitəsilə dünyanın istənilən ölkə və şəhərinə, maraqlı məkanlara, məşhur muzeylərə səyahət etmək mümkündür. Müxtəlif turpaketlərə aviabilet, sığorta, oteldə qonaqlama, qidalanma, transfer, viza dəstəyi, müşahidəçi və digər xidmətlər daxildir. “Liatris Travel” tərəfindən təqdim olunan yenilikləri diqqətə çatdıran R.Əliyeva bildirib ki, şirkət tərəfindən müalicəvi, tibbi səyahət turları da təşkil edilir. Belə ki, sağlamlığının qorunmasını təmin etmək, əziyyət çəkdiyi xəstəliklərdən etibarlı müalicə yolu ilə xilas olmaq istəyənlər dünyanın məşhur xəstəxanalarına və sanatoriyalarına güzəştli qiymətlərlə müalicəvi turpaketlərdən faydalana bilərlər. Şirkət, həmçinin Türkiyənin məşhur tibb ocaqlarında müalicə olunmağı arzulayanların da istəyini nəzərə alıb. Belə ki, şirkət qardaş ölkənin məşhur xəstəxana və həkimlərinin qəbulunu, eyni zamanda, həmin şəhərə aviabilet, istirahət üçün otel, hava limanı transferi, qonaqlama xidmətlərini təqdim etməklə tam komfortlu səyahət təşkil edir.

Diqqətə çatdırılıb ki, “Liatris Travel” tərəfindən müştərilər üçün xarici ölkələrlə yanaşı, Azərbaycanın dilbər guşələrində, sanatoriyalarında istirahət və müalicə almaq imkanı yaradılıb. Yetmişdən çox xəstəliyin müalicəsində əvəzsiz rol oynayan məşhur Naftalan vannaları qəbul etmək istəyən müştərilər şirkətin təqdim etdiyi sərfəli turpaketlərdən faydalana bilərlər.

Açılış mərasimində “Liatris Travel” şirkətinin icraçı direktoru Orxan Məmmədli təqdim olunan xidmətlər və gələcək planlar barədə məlumat verib. Bildirilib ki, müştərilərin rahat şəraitdə səyahət və istirahət etmələri üçün şirkət tərəfindən lazımi xidmətlər təqdim olunur. Məqsəd insanların heç bir əziyyət çəkmədən, dünyanın istənilən şəhər və ölkəsinə, eyni zamanda, tarixi məkanlara, maraqlı yerlərə səyahətlərini yüksək səviyyədə təmin etməkdir. O.Məmmədli deyib: “Müştərilərimizin istər getdikləri ölkə və məkanda, istərsə də hava limanı və oteldə rahat qarşılanmasını, yerləşdirilməsini heç bir problem yaşanmadan həyata keçirməyi qarşıya məqsəd qoymuşuq”.

Şirkətin icraçı direktoru insanların rahat şəkildə xaricdə müalicə almaları üçün “Liatris Travel” tərəfindən təqdim olunan tibbi turpaketlərin üstünlüklərindən söz açıb. Bildirilib ki, müalicəvi səyahət turları vasitəsilə şirkət tərəfindən müştərilərin heç bir əziyyət çəkmədən dünyanın istənilən məşhur xəstəxana və həkimlərinin qəbuluna yazılmaq təşkil edilir. Ən sərfəli qiymətlərlə təklif olunan bu turpaketlərə Türkiyə, Almaniya, İsrail və digər ölkələrin məşhur tibb ocaqlarında, həmçinin Kislovodsk, Truskavets istirahət mərkəzləri və sanatoriyalarında bütün xəstəliklərin müayinə və müalicəsi, eləcə də digər xidmətlər daxildir.

O.Məmmədli sərfəli və keyfiyyətli səyahət etmək istəyənlərə “Liatris Travel” şirkətini seçməyi tövsiyə edib. Onlar dünyanın romantik ölkələrinə - Fransaya, Baliyə, ərəb dünyasının ecazkar şəhərlərinə, xüsusilə Dubaya, zövqlə istirahət etmək istəyənlər isə əsrarəngiz Bodrum, Antalya, İstanbul, Şimali Kipr, London, Berlin, İspaniya, İtaliya və İsrailə turpaketlərdən faydalana bilərlər. O deyib: “Həmçinin unudulmaz Maldiv, müalicəvi Mirqorod, Şri-Lanka, Monteneqro və digər ölkələrə və tarixi məkanlara, məşhur muzeylərə səyahətinizi “Liatris Travel” ilə edə bilərsiniz. Əminik ki, şirkət tərəfindən sizin üçün nəzərdə tutulan müxtəlif turpaketlərdən məmnun qalacaqsınız”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü