Bakının elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı daha da yaxşılaşıb
Bakı, 5 mart, AZƏRTAC
Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı daha da yaxşılaşıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ildə paytaxt üzrə orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,86 saat təşkil edib. İl ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,96 dəfə olub.
Bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından aşağıdır. Bunun başlıca səbəbi son illərdə Bakının paylayıcı şəbəkəsində olan 110 və 35 kilovoltluq yarımstansiyaların tikilərək tam yenidən qurulması, paytaxtın 90 faizdən çox ərazisində yeraltı kabelləşmə işinin həyata keçirilməsi, dairəvi elektrik təchizatı sxemlərinin yaradılması və şəbəkələrin əks-qəza avtomatikasına qoşulmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]