Bakının “İnter” futbol klubu Azərbaycan Premyer Liqasında yubiley qolunu vurub
Bakı, 30 yanvar, AZƏRTAC
Bakının “İnter” futbol klubu Azərbaycan Premyer Liqasında yubiley qolunu vurub.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, XV turun “Kəpəz”lə ev oyununda 4:1 hesablı qələbə qazanan paytaxt təmsilçisinin 1-ci qolu yubiley əhəmiyyətli olub. Komandasının bərabərlik qoluna 45+2-ci dəqiqədə imza atan Nizami Hacıyev “İnter”in Azərbaycan çempionatlarında 650-ci topunun müəllifi olub. Bakılılar buna Premyer Liqadakı 476-cı matçında nail olublar. Bu qarşılaşmalarda 244-cü qələbəsini əldə edən komanda qol sayını 653-ə çatdırıb. “İnter”in orta məhsuldarlığı 1,37-yə bərabərdir. Paytaxt klubunun 653 qolundan 366-sı evdə, 287-si səfərdə vurulub.
Klubun ilk qolu 1999-cu il noyabrın 7-nə təsadüf edib. “Xəzər Universiteti” adı ilə çıxış edən komanda 1999/2000-ci il mövsümünün II turunda “Neftçi”yə 2:3 hesabı ilə uduzub. Samir Ələkbərovun 37-ci dəqiqədəki qolu indi “İnter” adlanan klubun tarixində ilk top kimi tarixə düşüb.
Qeyd edək ki, “İnter” Azərbaycan çempionatlarındakı qol sayına görə 5-ci göstəriciyə malikdir. Yalnız 4 komanda - “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Turan” daha çox fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]