Bakının seysmik risk xəritəsi hazırlanacaqdır
Bakı, 29 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Yaponiya seysmoloqlarının birgə əməkdaşlığı sayəsində Bakının seysmik risk xəritəsi hazırlanacaqdır.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bunun üçün Yaponiyanın “OYO” beynəlxalq şirkətinin məsləhətçisi Masakazu Takahaşinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir.
Mayın 29-da RSXM-də “Bakının seysmik mikrorayonlaşdırılması üzrə risk xəritəsi” layihəsinin hazırlanması üzrə yekun müzakirələr aparılmışdır.
Müzakirələrdə M.Takahaşi layihədə nəzərdə tutulan işlər və bu layihənin həyata keçirilməsi proseduraları haqqında ətraflı məlumat vermişdir. RSXM-in baş direktoru Qurban Yetirmişli layihənin yekun variantı ilə bağlı təkliflərini irəli sürmüşdür.
Sonda tərəflər layihə üzərində işlərin tamamlanması və sənədin bu ilin avqustunda Yaponiya hökumətinə təqdim olunması barədə qərar qəbul etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]