BANKLAR ÜÇÜN KREDİT XƏTTİ AÇILACAĞI GÖZLƏNİLİR
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanın kommersiya bankları üçün yeni kredit xətti açmaq məsələsinə baxır. Yeni kredit xəttinin həcmini 1,2 milyon dollara çatdırmaq nəzərdə tutulur.
Kredit xətti “Azəriqazbank” və “Rabitəbank” səhmdar-investisiya bankları üçün açılacaqdır. BMK-nın Bakı nümayəndəliyində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu banklarla əməkdaşlığa 1999-cu ildə başlanmış və ötən dövrdə Beynəlxalq Maliyyə Korporasiyasının xətti ilə onlara 800 min dollar məbləğində kredit verilmişdir. Bu kreditin çox hissəsi qaytarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]