Banqladeşdə etiraz aksiyaları zamanı 20-yə yaxın polis işçisi yaralanıb
Bakı, 29 iyul, AZƏRTAC
Banqladeş müxalifəti və hakim partiyanın tərəfdarları ardıcıl ikinci gündür Dəkkədə minlərlə insanın iştirak etdiyi aksiyalar keçirirlər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, iğtişaşlarla müşayiət olunan aksiyaların gedişində 20-yə yaxın polis işçisi yaralanıb, azı 90 nəfər saxlanılıb.
Banqladeş Millətçi Partiyasının tərəfdarları 2009-cu ildən hakimiyyətdə olan, müxalifətin demokratik azadlıqları boğmaqda ittiham etdiyi Baş nazir Şeyx Hasinanın istefasını tələb edirlər. Gələn ilin yanvarında ölkə parlamentinə növbəti seçkilər keçirilməlidir. Müxalifətçilərin fikrincə, Hasinanın istefası və keçid hökumətinin yaradılması seçkilərin ədalətli keçirilməsinə zəmanət olacaq.
Baş nazirə dəstək nümayiş etdirən hakim Avami Liqası (Xalq Liqası) partiyasının tərəfdarları dünən paytaxt Dəkkədə cavab mitinqləri keçiriblər. Paytaxtın bəzi yerlərində, o cümlədən müttəfiq qruplaşmaların daxilində toqquşmalar yaşanıb. Qarşıdurma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]