“Barselona” klubunun 117 illik tarixində ən uzun məğlubiyyətsizlik seriyası
Bakı, 11 fevral, AZƏRTAC
“Barselona” futbol komandası və onun baş məşqçisi Luis Enrike klubun 117 illik tarixində yeni rekorda imza atıblar.
AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, Luis Enrikenin yetirmələri Kataloniya klubunu ən uzun məğlubiyyətsizlik seriyasına nail olaraq tarix yazıblar. İspaniya Kral Kubokunun yarımfinal mərhələsində “Valensiya” ilə səfərdə heç-heçə (1:1) oynayan “Barsa” ardıcıl olaraq 29-cu matçdan məğlubiyyətsiz ayrılıb. Bununla yanaşı, 46 yaşlı ispaniyalı mütəxəssis 2010/11 mövsümündə Xosep Qvardiolanın 28 oyunluq rekordunu yeniləyib.
Kataloniya təmsilçisi Kral Kubokunun finalına 38-ci dəfə vəsiqə əldə etməklə, daha bir rekord müəyyənləşdirib. Kuboku 27 dəfə qazanan “Barselona”, eləcə də ardıcıl olaraq üçüncü dəfə finala çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]