“Barselona” yoldaşlıq görüşündə “Real Madrid”i darmadağın edib
Bakı, 30 iyul, AZƏRTAC
ABŞ-ın Texas ştatının Arlinqton şəhərində keçirilən “Barselona” - “Real Madrid” yoldaşlıq oyununda kataloniyalılar rəqiblərini darmadağın ediblər - 3:0.
AZƏRTAC xəbər verir ki, oyun AT&T stadionunda keçirilib və matçı 82 mindən çox tamaşaçı stadiondan izləyib.
“Barselona”nın heyətində Usman Dembele (15-ci dəqiqədə), Fermin Lopes Martin (85) və Ferran Torres (90+1) hərəyə 1 qolla fərqləniblər. İyirminci dəqiqədə Vinisius Junior “Barselona”nın qapısına təyin edilmiş penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, daha öncə “Barselona” “Vissel Kobe”ni (2:0) udub, “Arsenal”a isə uduzub (3:5). “Real Madrid” isə bundan əvvəl “Milan”ı (3:2) və “Mançester Yunayted”i (2:0) üstələyib.
Növbəti oyunda “Barselona” “Milan”la, “Real” isə “Yuventus”la qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq avqustun 2-də və 3-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]