Baş katib: Laçın dəhlizi KTMT-nin səlahiyyət zonasına daxil deyil
Moskva, 20 dekabr, AZƏRTAC
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hesab edir ki, Laçın dəhlizi məsələsi qurumun səlahiyyət zonasına daxil deyil.
AZƏRTAC xəbər verir ki, belə bəyanatla KTMT-nın Baş katibi Stanislav Zas çıxış edib.
O bildirib ki, Ermənistandan Laçın dəhlizi ilə bağlı müraciət daxil olmayıb. “Biz hesab edirik ki, bu məsələ KTMT-nin səlahiyyət zonasından kənardadır”, - deyə S.Zas vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva