Baş məşqçi Siyasət Əsgərov: Qadın futbolçulardan ibarət Polşa yığması ilə oyuna tam hazırıq
Bakı, 10 mart, AZƏRTAC
Rəqibin gücü hamıya bəllidir. Qrupun ən güclü komandası İspaniya ilə evdə 0:0 hesablı heç-heçə ediblər. İspaniyanın isə qadın futbolunda hegemon olması heç kimə sirr deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qadın futbolçulardan ibarət Polşa yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov martın 10-da təşkil olunan brifinqdə deyib.
S.Əsgərov bildirib ki, rəqibin heyətində Avropanın aparıcı klublarında çıxış edən futbolçular var. Çətin oyun olacaq. Cəzalı futbolçularımızın olmasına baxmayaraq, komanda olaraq oyuna tam hazırıq. Çalışacağıq ki, evdə keçirdiyimiz oyunda xal qazanaq.
“Polşanın qrupda keçirdiyi oyunları izləmişik. Müdafiədə, hücumda necə oynadıqlarını bilirik. Əsasən sürətli oyuna üstünlük verirlər, uzun ötürmələrdən istifadə edirlər. Rəqibin oyun üslubuna görə öz oyunumuzu quracağıq”, - deyə baş məşqçi əlavə edib.
Polşa millisinin baş məşqçisi Milosz Stepinski deyib: “Azərbaycanın İspaniya və Çexiya ilə oyunlarını izləmişik. Bizim üçün çətin oyun olacaq. Rəqib çox intizamlı və gənc komandadır. 5-4-1 taktiki düzülüşü ilə mübarizə aparır. Xüsusən müdafiədə daha yaxşı təsir bağışlayır. Azərbaycanın Moldova yığmasına məğlub olmasına baxmayaraq, daha yaxşı təsir bağışlamışdı. Oyuna tam hazırıq, bununla belə, gözləmədiyimiz nəticə ilə qarşılaşa bilərik”.
Qeyd edək ki, Azərbaycan-Polşa oyununa martın 11-də saat 18:00-da "ASK Arena"da start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]