Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb


Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.
Dünən Bakıda açılışı olan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunulub, tədbirin Qətər xalqının zəngin mədəni irsi, adət-ənənələri ilə yaxından tanış olmaq üçün paytaxt sakinlərinə və qonaqlara gözəl fürsət yaratdığı diqqətə çatdırılıb.
Eyni zamanda, 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlanıb. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [16:08]
Dünya səyyahları Xankəndidə YENİLƏNİB FOTO
- 24.04.2025 [16:06]
Milli Məclisin sədri Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək
- 24.04.2025 [16:02]
Bolqarıstan mətbuatı Azərbaycanın üzləşdiyi mina problemindən yazıb
- 24.04.2025 [15:58]
YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir
- 24.04.2025 [14:07]
Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar YENİLƏNİB FOTO VİDEO
Qubada 3 nəfəri it dişləyib
- [16:11]
İsmayıllı rayonunda zəlzələ olub
- [14:56]
Fransada 636 iş yeri ləğv edilir
- [14:50]