Basketbol üzrə Avropa çempionu olan qızlardan ibarət U-16 millimiz Vətənə qayıdıb
Bakı, 25 iyul, AZƏRTAC
Basketbol üzrə Avropa çempionatı C divizionunun çempionu olmuş qızlardan ibarət U-16 millimiz Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunda U-16 millimiz ev sahibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlubiyyət yaşamadan Avropa çempionu olub.
Bu çempionluq Azərbaycan qadın basketbolu tarixində bir ilkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]