Baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı müzakirə aparılıb



Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Belarus Respublikasının ölkəmizdəki səfiri Dmitriy Pineviç arasında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı səfirə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin artırılması məsələləri müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Azərbaycan və Belarus arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar, eləcə də heyvanların identifikasiyası sahəsində gələcəkdə həyata keçiriləcək tədbirlər müzakirə edilib. Eyni zamanda, respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [17:29]
AQTA sədri qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
- 25.04.2025 [17:10]
Sosial layihə: “Həmkardan həmkara qayğı ilə”
- 25.04.2025 [17:06]
Belarus Daxili İşlər Nazirliyin əməkdaşları ölkəmizdə səfərdə olublar
- 25.04.2025 [16:37]
AQTA-nın sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib
- 25.04.2025 [16:13]