Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-105: Nobel mükafatçısının təhsil aldığı, “TEKNOFEST” qaliblərini yetişdirən Fizika fakültəsi

Bakı, 22 avqust, AZƏRTAC

Bəşəriyyətin inkişafı tarix boyu elm və təhsillə bağlı olub. Hazırkı texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə elmin müasirliyi və təhsilin keyfiyyəti xüsusi önəm kəsb edir. Ölkənin hərtərəfli inkişafı elmin və təhsilin gələcək çağırışlara uyğun qurulmasından bilavasitə asılıdır. Azərbaycan Respublikasında təhsilin müasir standartlara uyğunlaşdırılması, elmi araşdırmaların cari və gələcək tələbləri qarşılaması baxımından təşkili istiqamətində mühüm işlər həyata keçirilir. Bu işdə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi ön sıralardadır. Müasir dünyada fiziklər universal biliyə malik olmaqla sistemli düşünə bilmə, tamamilə yeni elmi-texniki məsələləri müstəqil qoyub həlletmə bacarıqlarına görə qiymətləndirilirlər.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, Fizika fakültəsi Azərbaycanın fizika üzrə elmi-pedaqoji kadr ehtiyaclarının ödənilməsində mühüm rol oynayan elm və təhsil mərkəzidir. Fizika fakültəsinin məzunları ölkəmizdə və ölkə xaricində yaxşı tanınırlar. Onlar bir çox elm və təhsil müəssisələrinin kadr potensialının əsasını təşkil edir, rəhbər vəzifələrdə çalışırlar.

Fizika fakültəsinin əsası BDU-nun təsis edildiyi ilk gündən - 1919-cu il sentyabrın 1-də Tibb fakültəsinin nəzdində Fizika kafedrasının təşkili ilə qoyulub. 1920-ci ildə Fizika-riyaziyyat fakültəsi yaradılıb, 1958-ci ildən isə Fizika fakültəsi müstəqil fəaliyyət göstərir. Fakültənin ilk kafedrası Ümumi fizika kafedrası olub və 1924-cü ildə yaradılıb. Bu kafedranı Fizika fakültəsində sonralar yaranan digər kafedraların əsası hesab etmək olar. Müxtəlif illərdə yeni kafedraların açılması, mövcud kafedraların elmi kadr potensialının gücləndirilməsi, tədris laboratoriyalarının təşkili, digər ölkələrin elm və təhsil mərkəzləri ilə əməkdaşlıq fakültənin fəaliyyətinin prioritet istiqamətləri olub.

Fizika fakültəsinin məzunları sırasında görkəmli alimlərlə yanaşı, ölkəmizin inkişafında xüsusi əməyi olan dövlət xadimləri, ərazi bütövlüyünün qorunması uğrunda vuruşan qəhrəmanlarımız və şəhidlərimiz var: dünyaşöhrətli fizik, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Mehdi Əliyev 1965-1970-ci illərdə BDU-nun rektoru olub. Eldar Salayev və Mahmud Kərimov müxtəlif illərdə AMEA-nın prezidenti olublar. Fakültədə Firudin Haşımzadə, Bəhram Əsgərov, Lətif İmanov, Abdulla Muxtarov, Rəhim Hüseynov və digər tanınmış alimlər yetişib və dərs deyiblər. ADA Universitetinin rektoru Hafiz Paşayev, BDU-nun rektoru Elçin Babayev Fizika fakültəsinin məzunlarıdır. Birinci Qarabağ savaşında fakültənin iki məzunu – Rövşən Hüseynov və Vahid Quliyev göstərdikləri şücaətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər, Vətən müharibəsində fakültənin məzunları Şəhriyar Həbibi və Fikrət Zeynallı qəhrəmanlıq göstərərək şəhid olublar.

Bu fakültədə təhsilin bakalavr, magistratura, fəlsəfə doktoru və elmlər doktoru səviyyələrində elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir.

Fizika fakültəsində 9 kafedra, 23 tədris laboratoriyası fəaliyyət göstərir. Fakültədə təhsil alan tələbə və magistrantların təlim-tərbiyəsi ilə 84 nəfərdən ibarət professor-müəllim heyəti məşğul olur, onlardan 26 nəfəri elmlər doktoru, professor, 58 nəfəri isə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllimdir. Hazırda fakültədə 1150 nəfərə yaxın bakalavr, 130 nəfərədək magistrant təhsil alır, 11 nəfər fəlsəfə doktoru, 8 nəfər elmlər doktoru proqramları üzrə dissertasiya üzərində çalışır. Fakültədə əməkdaşların Həmkarlar İttifaqı Komitəsi, Gənc Alimlər Şurası, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı aktiv fəaliyyət göstərir.

Bakalavriat səviyyəsində üç ixtisas - fizika, fizika müəllimliyi, mühəndis fizikası üzrə kadr hazırlığı həyata keçirilir. Fakültədə 17 ixtisaslaşma üzrə magistr hazırlığı, 10 ixtisas üzrə fəlsəfə və elmlər doktoru hazırlanır.

Fizika fakültəsi yarandığı gündən tədris və elmi fəaliyyətini günün tələblərinə uyğun qurub, bu da fakültənin daim inkişafda olmasını təmin edib. Bu gün fakültədə fundamental təhsil verilir və dünya səviyyəli müasir elmi tədqiqatlar aparılır. Fakültə böyük elmi-texnoloji və kadr potensialına, elmin və texnologiyanın müxtəlif istiqamətlərində məqsədli kadr hazırlığını həyata keçirmək imkanlarına malikdir. Tədqiqat mövzuları müasir elmin inkişaf tendensiyalarına tamamilə uyğundur və fizikanın aktual problemləri hazırda kafedra əməkdaşlarının elmi-tədqiqat işlərinin əsasını təşkil edir. Burada müasir standartlara cavab verən tədris proqramları hazırlanıb və fakültənin alimləri tərəfindən sanballı monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri yazılıb. Fakültə alimləri bir çox ölkədaxili və beynəlxalq fondların qrantlarını alıblar, aparılan tədqiqatların nəticələri dünyanın nüfuzlu elm jurnallarında dərc olunub. Elmi-tədqiqat sahəsində yaxşı nəticələr əldə edən tələbələrə, magistrantlara və doktorantlara dünyanın aparıcı tədqiqat mərkəzlərində təcrübə keçmək, beynəlxalq konfranslarda məruzə ilə çıxış etmək, müxtəlif ölkələrdə keçirilən yay məktəblərində iştirak etmək üçün imkan yaradılır.

Elm və təhsil fəaliyyətinin əsas göstəricilərindən sayılan beynəlxalq əlaqələrin qurulması, respublika və beynəlxalq konfransların keçirilməsi, müasir və aktual problemlərə həsr olunmuş seminarların təşkili, tələbə və müəllimlərin respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı əsas məqsədlərdəndir. Fakültənin professor-müəllim heyəti müxtəlif təcrübə proqramlarında, ölkədaxili və beynəlxalq layihələrdə yaxından iştirak edirlər, onların məqalələri nüfuzlu beynəlxalq bazalarda indeksləşdirilmiş jurnallarda (“Web of Science”, “Scopus” və s.) dərc olunur.

Mütəmadi olaraq fakültədə və ayrı-ayrı kafedralarda əməkdaşların, doktorantların, bakalavr və magistrantların iştirakı ilə seminarlar keçirilir. Kafedralarda keçirilən bəzi seminarlarda məruzələr kafedranın doktorantları və magistrantları tərəfindən təqdim olunur. Fakültə seminarlarında dəvət olunmuş alimlər tərəfindən müxtəlif mövzularda məruzələr oxunur və bu seminarlarda tələbələrin iştirakı təmin olunur. Dünyanın aparıcı elm mərkəzlərində çalışan görkəmli alimlərin Fizika fakültəsində elmi seminarları təşkil edilib. Almaniyanın Dortmund Texniki Universitetinin Fizika fakültəsinin professoru Dieter Suter, Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şim, Misir Nəzəri Fizika Mərkəzinin prezidenti, akademik Abdel Nasser Taffik, Almaniyanın ENAMEC İnstitutunun professoru Martin Rainer, İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati Milli Laboratoriyasının müdiri, professor Stefano Bellucci, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Nüvə Problemləri Laboratoriyasının direktoru professor Yevgeni Yakuşev, Türkiyənin Ankara Universitetinin professoru Ali Gencer, Türkiyənin Ege Universitetinin Fizika bölməsinin rəhbəri professor Mustafa Təpə, Çili Respublikasının ALMA rəsədxanasının astronomları, professorlar David Rebolledo və Nikolas Lira, İspaniyanın Donastiya Beynəlxalq Fizika Mərkəzi və Bask Universitetinin professoru Yevgeni Çulkov, fakültəmizin məzunları olub, Meksika Milli Muxtar Universitetinin professoru Natiq Atakişiyev, Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Təhmasib Əliyev kimi görkəmli alimlər maraqlı məruzələrlə fakültənin professor-müəllim heyəti və tələbələri qarşısında çıxışlar ediblər.

Fizika fakültəsində hər il tələbələrin “Gələcəyin alimləri” adlı respublika elmi konfransı, magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı respublika elmi konfransı, hər iki ildən bir isə “Fizikada müasir trendlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Qeyd edək ki, 2023-cü ildə “Fizikada müasir trendlər” mövzusunda keçirilmiş 8-ci beynəlxalq elmi konfrans BDU-nun ev sahibliyi və təşkilatçılığı, İtaliyanın Milli Nüvə İnstitutu, ABŞ-ın Delaver Universiteti, Pakistanın Lahor Universiteti və COMSATS İslamabad Universiteti, Türkiyənin Ankara Universiteti, Orta Doğu Texniki Universiteti, Qazi Universiteti və Sivas Cümhuriyyət Universitetinin həmtəşkilatçılığı ilə keçirilib və bu beynəlxalq konfransa 25 ölkədən iştirakçılar qatılıb.

Son illərdə ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına, dünyada nüfuzunun artmasına adekvat olaraq BDU-da beynəlxalq elmi əlaqələr sahəsində də xeyli uğurlar qazanılıb. Alimlərimiz nüfuzlu beynəlxalq konfrans və tədbirlərdə fəal iştirak edirlər. BDU-nun təşəbbüsü və təşkilatçılığı ilə yüksək səviyyəli beynəlxalq konfranslar və beynəlxalq tədbirlər (məsələn, 2022-ci ildə “Kvant elminin və texnologiyasının müasir meyilləri: kvant materiallarından kvant informasiyasına qədər” beynəlxalq yay məktəbi, “Mərkəzi Asiya və Qafqaz Dinamik Günləri” beynəlxalq konfransı, “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” tədbiri və s.) keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə BDU-nun nəzdində Molekulyar fizika, Bərk cisimlər fizikası və Nəzəri fizika ixtisasları üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. Bu şuranın bazası əsasında Nanoquruluşların fizikası və texnologiyası ixtisası üzrə birdəfəlik Dissertasiya Şurası yaradılıb və müdafiələr keçirilib. 2021-2024-cü illərdə Dissertasiya Şurasında 5 elmlər doktoru, 15 fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib. Bunlardan 5-i elmlər doktoru, 8-i isə fəlsəfə doktoru olmaqla BDU-nun doktorantlarıdır.

BDU-nun təşəbbüsü və təşkilatçılığı ilə 2023 və 2024-cü illərdə bir sıra fənlər üzrə (fizika, riyaziyyat, kimya və s.) ali məktəb tələbələri arasında respublika olimpiadası keçirilib. Bu olimpiadalarda Fizika fakültəsinin tələbələri birinci yerə layiq görülüblər.

Fizika fakültəsinin əməkdaşları, doktorant və tələbələri “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında BDU-nu və ölkəmizi uğurla təmsil edirlər. 2022-ci ildə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında təqdim olunan “Triboelektrik nanogeneratorlar əsasında görmə və eşitmə əngəlli insanlar üçün sensorların hazırlanması” layihəsi III yerə layiq görülüb. 2023-cü ildə İstanbulda keçirilən “TEKNOFEST Türkiyə” Aerokosmik və Texnologiya Festivalında təqdim olunan “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi I yerə, “Ağıllı damla sulama sistemi” layihəsi isə III yerə layiq görülüb. Fizika fakültəsinin əməkdaşlarından və tələbələrindən ibarət iki komandanın layihələri 2024-cü ilin sentyabr ayında keçiriləcək “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanıb. Belə ki, “BSU Creativity Workz” komandasının “Irrigo” layihəsi, “ESST-6” komandasının “E-tarım sulama” layihəsi “Aqrar texnologiyalar” kateqoriyasında finala çıxıb.

Fizika fakültəsi BDU-nun inkişaf strategiyasına uyğun olaraq öz yaxın, orta və uzaq perspektivdəki hədəflərini müəyyənləşdirib. Fakültə BDU-da elmə olan həssas münasibət və elmi fəaliyyət sahəsində məqsədyönlü həyata keçirilən islahatlar sayəsində universitetin 105 illik yubileyi ərəfəsində yeni uğurlara inamla addımlamağı hədəfləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır VİDEO

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır VİDEO