Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU – 105: Zəngin ənənələri olan Tarix fakültəsi      

BDU – 105: Zəngin ənənələri olan Tarix fakültəsi      

Bakı, 23 avqust, AZƏRTAC

2024-cü ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) 105 yaşı tamam olur. Bu illərdə BDU Azərbaycanın ictimai-siyasi, mədəni həyatında ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb və digər sahələrin inkişafına güclü təsir göstərib.

1919-cu ilin sentyabrında təsis edilən və noyabrın 15-də fəaliyyətə başlayan Tarix fakültəsi BDU-nun yaşıdıdır. 1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar altında (İctimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirib və 1934-cü ildə müstəqil fakültəyə çevrilib. Fakültə təsis olunarkən 509 tələbə, 95 azad dinləyici ilə fəaliyyətə başlayıb.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, bu gün Tarix fakültəsində bakalavriatura üzrə əyani 1889, qiyabi 73, magistratura üzrə 157, doktorantura üzrə isə 60 nəfər təhsil alır. Beləliklə, fakültədə təhsil alanların sayı 2219 nəfərdir.

Tarix fakültəsi Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatı, dövlət quruculuğu, dövlət idarəetmə strukturları, elm və təhsil sistemi üçün yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr verir. Təhsil standartları proqramına uyğun olaraq tarix və müvafiq elmlərin tədrisini uğurla həyata keçirən fakültə Azərbaycanın elm və təhsil tarixində, ixtisaslı kadr potensialının zənginləşməsində, milli-mənəvi şüurun formalaşmasında, ölkəmizin çoxminillik, zəngin tarixi və mədəni irsinin, əsrlərlə formalaşmış milli dəyərlərimizin tədqiqində, araşdırılmasında əhəmiyyətli rol oynayır. Fakültə hazırkı dövrün tələblərinə uyğun olaraq tədrisin təşkili və təlim prosesinin idarəçiliyində innovativ yanaşmalara, müasir və qabaqcıl təcrübələrin tətbiqinə xüsusi önəm verir.

1919-1920-ci illərdə Tarix fakültəsində 13 professor, 5 dosent, 6 müəllim fəaliyyət göstərirdisə, bu gün fakültədə 20 professor, 49 dosent, 10 baş müəllim, 5 müəllim çalışır. Tarix fakültəsində iki elmi tədqiqat laboratoriyası və bir elmi mərkəz var.

Tarix fakültəsi şərəfli inkişaf yolu keçib və bu illərdə tarix elminin, milli ideologiyanın, milli mənlik şüurunun formalaşmasında və inkişafında müstəsna rol oynayıb, milli mədəniyyətimizin inkişafına, milli-mənəvi ənənələrimizin qorunub saxlanmasına, milli vətənpərvərlik ruhunun yüksəldilməsinə güclü təkan verib, tarixçi kadrlar hazırlayan elmi mərkəzə çevrilib.

Azərbaycanın minlərlə görkəmli dövlət və siyasi-ictimai xadimi Tarix fakültəsinin yetirmələridir. Dünyaşöhrətli dahi şəxsiyyət, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev də BDU-nun Tarix fakültəsinin məzunudur. Ümummilli Lider Heydər Əliyev BDU-nu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.

2008-ci il sentyabrın 15-də Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin Tarix fakültəsinin də yerləşdiyi yeni tədris korpusunun açılışında iştirak edib. Azərbaycan xalqının Ümummilli Lideri, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevə həsr edilmiş stendlə, fakültənin kafedraları, auditoriyaları, akt zalı ilə tanış olması dövlətimizin başçısının universitetə və onun yaşıdı olan Tarix fakültəsinə xüsusi önəm verməsinin və qayğısının bariz nümunəsidir.

Fakültə fəaliyyət göstərdiyi ilk illərdə burada dünyaşöhrətli alimlər, akademiklər Vasili Bartold, Nikolay Marr, Aqafangel Krımski, Əziz Qubaydullin, Bəkir Çobanzadə, İshaq Cəfərzadə və başqaları dərs deyiblər.

1919-cu ildən başlayaraq ötən əsrin 40-cı illərinin sonlarınadək Tarix fakültəsinə Nikolay Dubrovski (fakültənin ilk dekanı), Leonid İşkov, Aleksandr Baqri, Tağı Şahbazi, Pyotr Fridolin, Boris Tixomirov kimi görkəmli alimlər rəhbərlik edib.

Sonrakı illərdə fakültəyə Zülfəli İbrahimov (1948-1949), Məmməd Şıxlı (1949-1950), Əliövsət Quliyev (1950-1952), Qəzənfər Mehdiyev (1953-1957), Məmməd Əfəndiyev (1957-1960), Məlik Orucov (1960-1964), Səidə İmanzadə, Xəlil Əlimirzəyev (1964-1966), Zakir Abdullayev (1967-1970), Məmməd Qazıyev (1970-1977), Mahal Məmmədov (1977-1980), Miryusif Mirhadıyev (1980-1986), Yaqub Mahmudov (1986-1990; 1994-2005), Eldar İsmayılov (1991-1994), Sani Hacıyev (2005-2011), Azad Rzayev (2012-2019) rəhbərlik edib. 2019-cu ildən fakültənin dekanı professor İbrahim Zeynalovdur.

Tarix fakültəsində ilk əhəmiyyətli struktur dəyişikliyi 1941-ci ildə Azərbaycan tarixi kafedrasının yaradılması olub.

XX əsrin 70-80-ci illərində Tarix fakültəsinin inkişafında yeni mərhələ başlanıb: yeni kafedralar, elmi-tədqiqat laboratoriyaları yaradılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni dövrün tələbinə uyğun olaraq Tarix fakültəsinin həyatında, onun strukturunda ciddi dəyişikliklər baş verib, islahatlar aparılıb. Əvvəlki kafedraların bazasında yeni kafedralar təşkil olunub.

Hazırda bakalavriat səviyyəsində fakültədə tarix, tarix müəllimliyi, regionşünaslıq (Qafqaz üzrə), regionşünaslıq (Amerika üzrə) ixtisas və istiqamətləri, qiyabi təhsil sahəsində tarix və əlavə təhsil üzrə tədris həyata keçirilir. Magistratura üzrə 26 ixtisaslaşmada tədris aparılır.

Doktorantura və dissertantura səviyyəsində isə 8 ixtisas üzrə tədqiqatlar aparılır: “Vətən tarixi”, “Ümumi tarix”, “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları”, “Ölkələr tarixi”, “Tarixi coğrafiya”, “Mədəni antropologiya”, “Beynəlxalq münasibətlər”, “Etnoqrafiya və etnologiya”. Fakültədə “Vətən tarixi” və “Ümumi tarix” ixtisasları üzrə Dissertasiya Şurası da fəaliyyət göstərir.

Son illərdə tədris olunan ixtisaslar üzrə dərslik, dərs vəsaiti, proqramların hazırlanması və nəşri işində böyük irəliləyişlər var. Xarici nüfuzlu jurnallarda, o cümlədən “Scopus” məlumat bazasında indekslənmiş jurnallarda tarixçi alimlərin elmi əsərləri çap olunur.

Fakültədə müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya inteqrasiya sisteminə qovuşması ilə bağlı Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyəti, həmçinin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, ərazi bütövlüyümüzün təmin edilməsi, böyük Zəfərin qazanılmasında tarixi rolunun dərindən araşdırılması və tədris olunması mühüm bir vəzifə kimi həyata keçirilir.

Hazırda Tarix fakültəsində 10 kafedra - Azərbaycan tarixi (humanitar fakültələr üzrə), Azərbaycan tarixi (təbiət fakültələri üzrə), Arxeologiya və etnoqrafiya, Asiya və Afrika ölkələri tarixi, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, Qədim dünya və orta əsrlər tarixi, Mənbəşünaslıq, tarixşünaslıq və metodika, Slavyan ölkələri tarixi, Türk xalqları tarixi, Qafqaz xalqları tarixi kafedraları fəaliyyət göstərir.

Fakültədə Arxeologiya və etnoqrafiya kafedrasının nəzdində “Azərbaycanın maddi mədəniyyət tarixi” və Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi-tədqiqat laboratoriyaları və Tarix, Dil və Metodika Mərkəzi fəaliyyət göstərir.

Son vaxtlar təhsilimizin müasir tələblərə uyğun, hərtərəfli inkişafı üçün geniş islahatlar proqramı həyata keçirilməyə başlanıb. Tarix fakültəsinin müvafiq kafedralarında qabaqcıl dünya təcrübəsinə əsaslanan bu proqramın ən mühüm tərkib hissələrindən biri də xalqımızın tarixi keçmişini, maddi və mənəvi mədəniyyətini hərtərəfli və dərindən araşdırmaqdan ibarətdir.

Müasir Azərbaycan tarixinin yenidən, obyektiv, subyektivizmə yol vermədən yazılması, araşdırılması Vətən tarixçilərinin qarşısında duran başlıca vəzifədir.

Fakültədə arxeologiyanın tədrisinin, araşdırılmasının müasir tələblərə uyğun təşkili, bu sahədə ixtisaslaşması, kadrların yetişdirilməsi də mühüm məqsədlərdəndir. Bu sahədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Türkiyə, Qazaxıstan, Özbəkistan universitetlərinin Arxeologiya və antropologiya kafedraları ilə əlaqələr yaradılır.

Magistratura səviyyəsində Türk dünyası tarixi, ölkəşünaslıq (Özbəkistan üzrə), ölkəşünaslıq (Qazaxıstan üzrə) ixtisaslarında Qırğızıstan Respublikasının Y. Balasaqunlu adına Milli Universiteti və Qırğız Türk Manas Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi üçün tədris proqramlarının uyğunlaşdırılması haqqında danışıqların davam etdirilməsi nəzərdə tutulur.

Perspektivdə Bakı Dövlət Universiteti və Ural Federal Universitetinin Tarix fakültələrinin birgə təşkilatçılığı ilə elmi seminarların, konfransların keçirilməsi, tələbə və müəllimlər arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Həmçinin türkdilli ölkələrin universitetlərinin müvafiq fakültələri ilə birgə “Türk dünyası: ortaq tarixi mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II beynəlxalq elmi konfransın, elmi seminarların keçirilməsi, tələbələr, magistrantlar və müəllimlər arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Fakültədə ikili diplom proqramının həyata keçirilməsi istiqamətində başlamış işləri sürətləndirmək və başa çatdırmaq, həmçinin arxeologiya ixtisası üzrə bakalavriat səviyyəsində tələbə qəbuluna nail olmaq üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq planlaşdırılır.

Bakı Dövlət Universitetinin 105 illik yubileyi ərəfəsində Tarix fakültəsində müstəqil Azərbaycanımız üçün kamil mütəxəssislər hazırlanması və tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqat və araşdırmaların daha ciddi, uğurlu elmi nəticələrə və yeniliklərə gətirib çıxarması istiqamətində məqsədyönlü işlər aparılır. Bu işlər çərçivəsində tələbələrin fərdi və kollektiv bilik və bacarıqlarının inkişaf etdirilməsinə təsir edən üsullardan istifadəyə geniş diqqət ayrılır, onların elmi tədqiqat işinə maraqlarını artırmaq üçün tədbirlər həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır VİDEO

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır VİDEO