BDU-da “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçiriləcək
Bakı, 23 avqust, AZƏRTAC
Dekabrın 4-5-də Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Konfransda müasir oxucu, onun tipologiyası, informasiya tələbatının ödənilməsi sistemi, mütaliə vərdişlərinin formalaşmasına təsir edən amillər araşdırılacaq. İnformasiya mədəniyyətinin əsas missiyası, mütaliə prosesinin davamlılığı, oxucu məmnunluğunun meyarları kimi aktual istiqamətlər elmi müstəvidə tədqiq ediləcək.
Tədbirdə sənəd və informasiya menecmenti, informasiya logistikası, mütaliə mədəniyyəti, kitabşünaslıq, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, redaktə etmə, kitab sənayesi, müəlliflik hüququ və əlaqəli hüquqlar kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Konfransda iştirak etmək üçün tezisləri sentyabrın 4-dən noyabrın 6-dək [email protected] ünvanına göndərmək lazımdır. Konfransa göndərilən materiallar antiplagiat proqramı ilə yoxlanılacaq və çap olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]