BDU-da ustad dərsi: İnternet medianın hüquqi tənzimlənməsi
Bakı, 10 aprel, AZƏRTAC
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri, Əməkdar jurnalist Natiq Məmmədli Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin II kurs tələbələrinə “İnternet medianın hüquqi tənzimlənməsi” mövzusunda ustad dərsi keçib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, ustad dərsində N.Məmmədli informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda internet medianın hazırkı vəziyyəti, statusu, informasiya təhlükəsizliyi və sosial şəbəkələrdə hüquqi tənzimləmə məsələlərindən danışıb. O bildirib ki, onlayn platformalarda hüquqi tənzimlənmə vacibdir. İnternetin verdiyi azadlıq digər azadlıqları məhdudlaşdırmadığından onlayn platformada balansın əldə olunması üçün hüquqi tənzimlənmə mexanizmi işlənməlidir.
Sonra tələbələrin sualları cavablandırılıb.