Bəhlul Mustafazadə: "Ferensvaroş"la oyunun məsuliyyətini dərk edirik VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
"Ferensvaroş"la oyunun məsuliyyətini dərk edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə Macarıstanın “Ferensvaroş” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, sabahkı matça tam hazır olduqlarını bildirib: "Kollektivdə ab-hava yaxşıdır. Yalnız müsbət nəticə gözləyirik. Daha əvvəl iki dəfə Çempionlar Liqasının pley-off mərhələsində oynamışam. Təəssüf ki, həmin vaxtlarda mərhələni keçə bilməmişdik. İnanıram ki, bu dəfə bacaracağıq".
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - “Ferensvaroş” oyunu saat 20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]