Belçika Kralı Benilüks Azərbaycanlıları Konqresinə təşəkkür məktubu göndərmişdir
Paris, 16 avqust (AZƏRTAC). Əsas mənzil-qərargahı Amsterdam şəhərində yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Belçika Kralı əlahəzrət l Albertin protokol rəhbəri vitse-admiral Pierre Vamauts BAK-ın ünvanına təşəkkür məktubu göndərmişdir.
Məktubda Əlahəzrət kral l Albert BAK-ın Belçikanın Milli Günü münasibətilə onun adına göndərilmiş təbrik məktubundan böyük məmnunluq hissi keçirdiyini bəyan etmiş və təşkilata öz təşəkkürünü bildirmişdir.
Məktubda, həmçinin qeyd edilmişdir ki, BAK-ın hədiyyə etdiyi “Azərbaycan muğamı” albomu əlahəzrət Krala Azərbaycanın zəngin milli musiqisi və onun tərkib hissəsi olan muğamın tarixi ilə yaxından tanış olmaq imkanı yaratmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]