Belçika Krallığı Federal Assambleyasının Nümayəndələr Palatasının üzvü Ələt Azad İqtisadi Zonasında olub
Bakı, 5 iyul, AZƏRTAC
Belçika Krallığı Federal Assambleyasının Nümayəndələr Palatasının üzvü Mixael Frelix ölkəmizə rəsmi səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun rəhbər heyəti ilə keçirilən görüş zamanı M.Frelixə ƏAİZ-in strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə burada investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, fiskal və qeyri-fiskal imtiyazlar paketi haqqında geniş məlumat verilib.
Sonda M.Frelix Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış biznes mühitlə yaxından tanış olub.