Belçikada Formula 1 çempionatı ilə müqavilənin müddətini uzatmağa ümid edirlər
Bakı, 13 aprel, AZƏRTAC
Belçika Qran-Prisinin keçirilməsi üçün qüvvədə olan müqavilənin müddəti bu mövsümün sonunda bitir. Spadakı trasın yenidən qurulması işləri başa çatıb və mərhələnin promouteri Vanessa Maes əmindir ki, görülmüş işlər Formula 1 ilə yeni müqavilənin imzalanması şansını artırır.
AZƏRTAC xəbər verir ki, Vanessa Maes bu barədə deyib: “Hazırda mən bir il bundan əvvələ nisbətən daha nikbin əhvali-ruhiyyəyə köklənmişəm. Bu ay bizə Formula 1-dən nümayəndə heyəti gəlmişdi. İki gün ərzində onlar trasdakı dəyişiklikləri öyrəndilər. Bu dəyişikliklər sayəsində növbəti Qran-Pri 2022-ci ildəki mərhələ ilə müqayisədə daha uğurlu alınmalıdır.
Biz əminik ki, indi avtodrom Formula 1-in bütün tələblərinə tamamilə uyğun gəlir. Biz bütün şərtləri yerinə yetirmişik. Yaxın vaxtlarda Formula 1 nümayəndələri ilə yeni görüşümüz planlaşdırılıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]