BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ 4634 NAMİZƏD İŞTİRAK EDƏCƏKDİR
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bələdiyyə seçkilərində iştirak etmək istəyən 4696 nəfərin namizədliyi dairə seçki komissiyalarında təsdiq edilmişdir. İmza vərəqi almış 4686 namizəddən 4641-i bu vərəqələri və tələb olunan digər sənədləri dairə seçki komissiyalarına təqdim etmişdir. Dairə seçki komissiyaları onlardan 4638 nəfərin namizədliyini qeydə almışdır. Onların 240 nəfəri qadındır. Namizədliyi qeydə alınanların 2143 nəfəri bitərəf, qalanları isə siyasi partiyaların nümayəndələridir. Dörd nəfər namizədliyini geri götürmüşdür. Beləliklə, 4634 namizəd oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində 1931 yer uğrunda mübarizə aparacaqdır.
Xatırladaq ki, həmin gün 82 seçki dairəsi üzrə 603 bələdiyyəyə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçiriləcəkdir. Bu seçkilərdə 809.643 seçici iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]