Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Belçika Kralı II Albertə təbrik məktubu göndərilmişdir
Paris, 25 iyul ( AZƏRTAC ). Mərkəzi mənzil-qərargahı Amsterdamda yerləşən və fəaliyyəti Belçikanı, Niderlandı və Lüksemburqu əhatə edən Benilüks Azərbaycanlıları Konqresindən (BAK) AZƏRTAC-a bildirmişlər ki, qurum 21 iyul - Belçika Krallığının Milli Günü ilə əlaqədar Kral II Albertə təbrik məktubu ünvanlamışdır. BAK əlamətdar bayram münasibəti ilə Kral ailəsini və Belçika xalqını təbrik etmişdir.
BAK-ın sədri S.Qasımovun imzası ilə Krala ünvanlanmış məktubda deyilir: “Zati-aliləri! Uzun illərdir ki, Belçika və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur. Belçika Krallığı və Azərbaycan siyasi arenada bir-birini dəstəkləyir. Ölkələrimiz istər siyasi, istərsə də iqtisadi sahələrdə ciddi tərəfdaşdırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına rəsmi səfəri ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığın inkişafına yeni təkan vermişdir.
Belçikada yaşayan azərbaycanlılar bu ölkəyə uğurla inteqrasiya edir, digər xalqların nümayəndələri ilə birlikdə krallığın daha da çiçəklənməsi naminə çiyin-çiyinə fəaliyyət göstərirlər.
Zati-aliləri! Bu əlamətdar gündə Sizə və dost Belçika xalqına uzun ömür, cansağlığı və əmin-amanlıq arzu edirəm”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]