Bərdə sakinindən 2 kiloqram 400 qrama yaxın heroin aşkar edilərək götürülüb
Bərdə, 19 yanvar, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Seyfəddin Abbasov müəyyən edilərək şöbəyə gətirilib. Onun üzərində və daha sonra evində aparılan baxış zamanı çəkisi 2 kiloqram 400 qrama yaxın güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.