BERLİNDƏ “AİLƏ, QADIN VƏ UŞAQ” MÖVZUSUNDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Berlin, 13 may (AZƏRTAC). Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) qərargahında “Ailə, qadın və uşaq” mövzusunda Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirilmişdir.
AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova və digər natiqlər Azərbaycan qadınının sosial həyata qatılması, Berlində yaşayan qadınların AAKM-da bir araya gələrək sosial qrup çalışmalarında iştirak etməsi, Azərbaycan qadınları arasında birliyin möhkəmləndirilməsi, onların sosial cəhətdən qüvvətlənməsi üçün müntəzəm görüşlərin keçirilməsi, azərbaycanlı ailələrinin həyatı, vəziyyəti, problemləri ilə əlaqədar proqramların tərtibi, ailədə sağlam və vətənpərvər nəslin yetişdirilməsi və s. məsələlərdən söz açmışlar.
Türk- azərbaycanlı uşaqlarının ortaq mədəniyyət və dil daşıyıcısı olan Dədə Qorqud dastanının balacalar üçün açıqlanması, Azərbaycan dilinin inkişafı üçün şeir müsabiqəsinin keçirilməsi, AAKM-da uşaqlara cizgi filmlərinin göstərilməsi, bazar günü məktəblərinin təşkili kimi tədbirlərin vacibliyi də vurğulanmışdır.
Qadınların ilk toplantısının iyunun 20-də AAKM-da keçirilməsi qərara alınmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]